Əhalinin ASB-dəki depozitləri 84,3 faiz azalıb

16:15 - 14.10.2026


14 oktyabr, Fineko/abc.az. “Azərbaycan Sənaye Bankı” ASC-də əhalinin depozitlərinin strukturu müddətli vəsaitlərin xeyrinə dəyişib. 2026-cı il sentyabrın 30-na fiziki şəxslərin tələbli depozitləri illik müqayisədə 84,3% azalaraq 16,68 milyon manata enib, müddətli depozitləri isə 40,4% artaraq 285,69 milyon manata çatıb.

Bu barədə bankın maliyyə hesabatında qeyd olunub. Bildirilib ki, nəticədə müddətli vəsaitlərin əhalinin ümumi depozitlərində payı 65,7%-dən 94,5%-ə yüksəlib. Fiziki şəxslərin bankdakı depozitlərinin ümumi həcmi isə 2,4% azalaraq 302,37 milyon manat olub. Hüquqi şəxslərin depozitlərində də oxşar dəyişiklik qeydə alınıb. Şirkətlərin tələbli depozitləri 30,2% azalaraq 61,48 milyon manata enib, müddətli depozitləri isə 92,9% artaraq 147,56 milyon manata yüksəlib. Hüquqi şəxslərin ümumi depozitləri 27% artaraq 209,04 milyon manat təşkil edib.

Bankın fiziki və hüquqi şəxslərdən cəlb etdiyi depozitlər ümumilikdə 7,8% artaraq 511,41 milyon manata çatıb. Bankların və digər maliyyə institutlarının depozitləri isə 11,7% azalaraq 132,06 milyon manat olub.

Depozitlərin strukturundakı dəyişiklik fonunda bankın müştəri depozitləri üzrə faiz xərcləri yanvar-sentyabr aylarında 42,6% artaraq 12,21 milyon manata yüksəlib.