Avropadakı siyasi böhran avronu zəiflədir — Məzənnə 1,11 həddinə düşüb

14:25 - 13.10.2026


13 Oktyabr, Fineko/abc.az. Avropa İttifaqının (Aİ) 21 ölkəsinin vahid valyutası olan avro, regionda artan maliyyə və siyasi qeyri-müəyyənliklərin təzyiqi altında ABŞ dolları qarşısında zəifləməkdə davam edir.

Yanvar ayındakı 1,21 pik səviyyəsindən eniş trendinə keçən avro/dollar (EUR/USD) paritəsi 1,11 səviyyəsinədək geriləyərək 2025-ci ilin may ayından bəri ən aşağı göstəricisini qeydə alıb. Valyutanın ilin əvvəlindən ümumi dəyər itkisi təxminən 5% olub.

Mənfi dinamikanın əsas hərəkətverici qüvvəsi Eurozonanın ikinci böyük iqtisadiyyatı olan Fransada büdcə kəsiri (ÜDM-in 5.8%-i) və dövlət borcunun 3 trilyon 596 milyard avroya (ÜDM-in 119%-i) çatmasıdır. Fransanın 10 illik dövlət istiqrazlarının gəlirliliyi 5% həddinə yaxınlaşaraq 2002-ci ildən bəri ən yüksək səviyyəyə çatıb. İspaniyada noyabr ayı üçün elan edilən növbədənkənar seçkilər və yüksək enerji qiymətləri də Avropa Mərkəzi Bankının (AMB) manevr imkanlarını məhdudlaşdıraraq gələcək faiz artımı gözləntilərini endirib.