Azərbaycan Türkiyə ilə ödəniş sistemlərini birləşdirir?

11:43 - 13.10.2026


13 oktyabr, Fineko/abc.az. Ani Ödənişlər Sisteminin (AÖS) əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədr müavini Vüsal Xəlilov Türk Dövlətləri Fintex Alyansının (TÜRKFİN) təşkilatçılığı ilə bu gün keçirilən “Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı” ilə bağlı tədbirdə bildirib.

“Sistemin digər ölkələrlə inteqrasiyası istiqamətində işlər gedir. Hazırda Türkiyə Mərkəzi Bankı ilə bununla bağlı danışıqlar aparırıq”, – deyə o qeyd edib.

AMB rəsmisi onu da deyib ki, AÖS-lə hər gün təxminən 1 milyon əməliyyat aparılır:

“Odur ki, biz sistemin digər ölkələrlə inteqrasiyasında maraqlıyıq. İşlər gedir və düşünürük ki, ölkələrarası ödənişlərin xərcinin azaldılması baxımından fintexlərin böyük rolu ola bilər”.