10:14 - 13.10.2026
13 oktyabr, Fineko/abc.az. Azərbaycanda mövcud inflyasiya Mərkəzi Bankın (AMB) 4±2%-lik hədəf diapazonunda qalmaqdadır. AMB son olaraq sentyabrın 23-də uçot dərəcəsini 6,5%, faiz dəhlizinin yuxarı həddini 7,5% səviyyəsində saxlayıb, aşağı həddini isə 5%-ə endirib. İyul ayında AMB xarici xərc amilləri və qlobal bazarlardakı riskləri nəzərə alaraq 2026-cı ilin sonuna inflyasiya proqnozunu 6,1%-ə, 2027-ci ilin sonuna isə 5,8%-ə yüksəldib. Tənzimləyici qurum faiz dəhlizi üzrə növbəti qərarını oktyabrın 29-da elan edəcək.
Digər tərəfdən, beynəlxalq qurumların da proqnozları müxtəlifdir; Asiya İnkişaf Bankı (AİB) sentyabr qiymətləndirməsində orta illik inflyasiyanı 2026-cı il üçün 5,9%, 2027-ci il üçün 5% proqnozlaşdırır. “Fitch Ratings” reytinq agentliyi Azərbaycan üzrə gözləntilərini 2026-cı ildə 6,1%, 2027-ci ildə 5,6%, 2028-ci ildə 4,9% səviyyəsində bəyan etdiyi halda, Niderlandın “ING Group” maliyyə institutu 2026-cı il üçün 5,8%, 2027-ci il üçün isə 5,6% inflyasiya ehtimal edir.
14 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026