Azərbaycan neftinin qiyməti 124,61 dollara yüksəlib

10:00 - 6.10.2026


6 Oktyabr, Fineko/abc.az. Dünya bazarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,6 dollar və ya 0,48% artaraq 124,61 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri Light" neftinin tarixi ərzində ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.