Azərbaycan və Qazaxıstan arasında Transxəzər fiber-optik xətti istifadəyə verilir

14:32 - 6.10.2026


6 oktyabr, Fineko/abc.az. Azərbaycan və Qazaxıstanı Xəzər dənizinin dibi ilə birləşdirən Transxəzər fiber-optik rabitə xəttinin 2026-cı ilin oktyabrında işə salınması planlaşdırılır.

Qazaxıstanın rəqəmsal inkişaf naziri Jaslan Madiyev bildirib ki, Aktau və Sumqayıt sahilləri arasında artıq 390 kilometrlik kabel çəkilib.

Asiya ilə Avropa arasında yüksək sürətli məlumat ötürmə dəhlizi yaradacaq bu layihə hər iki ölkənin rəqəmsal tranzit potensialını və beynəlxalq rabitənin etibarlılığını artıracaq.

Həmçinin Qazaxıstanda 4 mindən çox 5G baza stansiyasının quraşdırıldığı və peyk vasitəsilə smartfonlara birbaşa bağlantı yaradan "Direct-to-Cell" texnologiyasının tətbiqinə başlanıldığı qeyd olunub.