ABŞ-ın 10 illik istiqraz gəlirliliyi 2023-cü ildən beri ilk dəfə 5%-i keçdi

21:42 - 14.09.2026


14 Sentyabr, Fineko/abc.az. Yaxın Şərqdə artan geopolitik gərginliyin neft qiymətlərini yüksəltməsi və ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz artırımı gözləntilərinin güclənməsi fonunda ABŞ-ın 10 illik xəzinə istiqrazlarının gəlirliliyi 2023-cü ilin oktyabrından bu yana ilk dəfə 5% səviyyəsini aşıb.

İnflyasiya təzyiqlərinin davam edəcəyi narahatlıqları borclanma bazarlarında kəskin satış təzyiqi yaradaraq uzunmüddətli faiz dərəcələrinin yüksəlməsinə səbəb olub.