09:28 - 6.10.2026
6 Oktyabr, Fineko/abc.az. ABŞ dollarının möhkəmlənməsi və Xəzinə istiqrazlarının gəlirliliyinin yüksəlməsi fonunda çərşənbə axşamı qızılın qiymətində ucuzlaşma müşahid olunub.
Spot qızılın qiyməti 0,3% düşərək unsiyası üçün 4 128,69 dollara geriləyib, fyuçerslər isə 4 156 dollar səviyyəsində sabit qalıb.
Bununla belə, ABŞ-da sentyabr ayı üzrə məşğulluq və xidmət sektorundakı zəif göstəricilər FED-in oktyabr ayında faiz artıracağı gözləntilərini azaldaraq qızılın kəskin ucuzlaşmasının qarşısını alıb. CME FedWatch məlumatlarına görə, dekabrda faiz artımı ehtimalı 87% səviyyəsində dəyərləndirilir.
Gümüş 60,67 dollara, platin isə 1 710,08 dollara geriləyib.
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026