10:57 - 14.09.2026
14 Sentyabr, Fineko/abc.az. Qara dəniz limanlarına endirilən zərbələr və terminal infrastrukturunun zədələnməsi səbəbindən logistik maneələrlə üzləşən Rusiya taxıl ixracını Uzaq Şərqə və alternativ marşrutlara yönəldir.
Kənd Təsərrüfatı naziri Oksana Lutun bildirdiyinə görə, məhsulların Baltik və Xəzər dənizləri, habelə Qazaxıstan tranzit xətti vasitəsilə daşınması genişləndirilir.
Qara dəniz hövzəsi Rusiya taxıl ixracının 70%-dən çoxunu təşkil etdiyindən, bu marşrutdakı dayanmalar ən pik mövsümə təsədsüf edib. Baltikyanı istiqamətdə də çətinliklər kəskinləşir; Latviya hökuməti Rusiya və Belarus taxılının tranzitinə 300%-lik gömrük rüsumu tətbiq etməyi planlaşdırır.
Analitiklər bildirirlər ki, Uzaq Şərq və Baltik marşrutları fəal istifadə edilsə də, onlar Qara dənizin böyük həcmli dərin su limanlarının itkisini tam əvəzləmək gücündə deyil.
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026