17:04 - 6.08.2026
6 avqust, Fineko/abc.az. 2026-cı ilin birinci yarısında bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları Azərbaycanda sosial investisiya layihələrinə təxminən 0,6 milyon dollar vəsait ayırıb.
"bp Azerbaijan" şirkətinin hesabatına əsasən, hesabat dövründə bu vəsait hesabına 19 təhsil proqramı, yerli bacarıqların və sahibkarlığın inkişafını dəstəkləyən 2 layihə, eləcə də ətraf mühit üzrə 2 təşəbbüs həyata keçirilib.
Bundan əlavə, bp ayrılayca bir şirkət kimi öz adından ölkədə sponsorluq etdiyi layihələrə ilin ilk altı ayında təxminən 0,9 milyon dollar vəsait xərcləyib. Bu məbləğ 19 təhsil təşəbbüsü, sahibkarlığın inkişafı üzrə 1 layihə, mədəni irs və idmanı təbliğ edən 5 layihə, 1 ətraf mühit təşəbbüsü və 8 konfrans/seminar daxil olmaqla ümumilikdə 34 layihənin maliyyələşdirilməsinə yönəldilib.
Beləliklə, bp və tərəfdaşlarının cari ilin I yarısında Azərbaycandakı sosial və sponsorluq layihələrinə yönəltdiyi ümumi vəsait 1,5 milyon dollara çatıb.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026