Bu rayonda 4 milyon manata yeni yarımstansiya tikilir

12:21 - 1.10.2026


1 oktyabr, Fineko/abc.az. “Azərişıq” Ağdərədə 4 milyon manata yeni yarımstansiya tikir.

“Azərişıq” ASC Ağdərə rayonu ərazisində yeni 35 kV-luq yarımstansiyanın tikintisi və elektrik şəbəkəsinə qoşulması işlərini həyata keçirəcək.

Bu məqsədlə “Azərişıq” ASC ilə “Harmony Industrial Construction and Engineering Group” MMC arasında 3 960 684,9 manat dəyərində müqavilə imzalanıb.

Müqavilə Ağdərə rayonunda yeni 35 kV-luq yarımstansiyanın tikintisi və onun elektrik şəbəkəsi ilə əlaqələndirilməsi işlərini əhatə edir.