22:00 - 3.08.2026
3 avqust, Fineko/abc.az. ABŞ-nin elektrikli avtomobil istehsalçısı "Rivian"ın törəmə müəssisəsi olan "Also" şirkəti qlobal təchizat zəncirindəki gecikmələrdən sonra ilk elektrikli velosipedlərinin (e-bike) müştərilərə təhvil verilməsinə başladığını elan edib.
Şirkətin 4 500 dollar qiymətinə təklif olunan "TM-B" modelinin "Launch Edition" versiyası artıq ABŞ-dəki anbarlara göndərilməyə başlayıb. 2022-ci ildən layihələndirilən və "Apple"ın sabiq baş dizayneri Coni Ayvın "LoveFrom" dizayn firması ilə əməkdaşlıqda hazırlanan bu modelin tədarükü əvvəlcə yaz aylarına planlaşdırılsa da, elektron komponent və xammal qıtlığı səbəbindən təxirə salınmışdı.
"Also" elektrikli velosipedlərlə yanaşı, "Amazon" üçün dördtəkərli pedal dəstəkli yük vasitələri istehsal etməyi və "DoorDash" üçün avtonom (pilotuz) çatdırılma vasitəsi hazırlamağı planlaşdırır.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026