Azərbaycanın şəkər ixracı 2,3 dəfədən çox artıb

10:24 - 20.10.2026


20 oktyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan 91,09 milyon dollar dəyərində 146,92 min ton ağ şəkər və saxaroza ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsində 164,8%, dəyər ifadəsində isə 130,6% artım deməkdir.

Dünya bazarında qiymətlərin düşməsi səbəbindən ixrac olunan şəkərin 1 tonunun orta qiyməti 12,9% azalaraq 620 dollara ensə də, ümumi ixracın 89,2%-ni təmin edən Özbəkistan, Türkmənistan və yeni bazarlardan olan Əfqanıstan əsas alıcılar sırasına daxil olub.

İxracın böyük hissəsi “Azərsun Holdinq”ə daxil olan “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC tərəfindən həyata keçirilib.