11:33 - 16.10.2026
16 oktyabr, Fineko/abc.az. 2021-ci il (36) ilə müqayisədə 2025-ci ildə (345) qəbul edilmiş dövlət standartlarının sayında 9,6 dəfə artım olub.
Bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini İlqar Həsənov deyib.
O qeyd edib ki, təkcə cari ilin 9 ayı ərzində 620 yeni dövlət standartı qəbul olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yeni standartların sayı 3 dəfəyədək artıb.
O bildirib ki, qəbul edilmiş yeni standartlardan 92-si nəqliyyat, 62-si qida texnologiyası və kənd təsərrüfatı, 43-ü mebel sahəsini əhatə edib.
"Növbəti mərhələdə standartların sayının artırılması ilə yanaşı, onların iqtisadiyyatın ehtiyaclarına uyğunlaşdırılması, sahibkarlıq subyektləri üçün əlçatanlığının genişləndirilməsi və praktik tətbiqinin təşviqi də diqqət mərkəzində saxlanılacaq. Bu istiqamətdə standartların istehsalatda, xidmət sektorunda və idarəetmə proseslərində tətbiqinin yaratdığı imkanların genişləndirilməsi mühüm əhəmiyyət daşıyır. Belə ki ölkəmizin mütəxəssisləri Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) 107 Texniki Komitəsinin fəaliyyətində fəal iştirak edir, standartların hazırlanması və müzakirəsi proseslərinə öz töhfələrini verirlər. Bununla yanaşı, Azərbaycan Standartlaşdırma İnstitutunun Beynəlxalq Elektrotexniki Komissiya (IEC) ilə əməkdaşlığının genişlənməsi də əhəmiyyətli addımdır. IEC elektrik, elektronika və əlaqəli texnologiyalar sahəsində beynəlxalq standartların hazırlanması ilə məşğul olan əsas təşkilatlardan biridir. Təşkilatın məlumatlarına əsasən, onun beynəlxalq şəbəkəsi təxminən 170 ölkəni əhatə edir və 30 mindən çox ekspertin iştirakını birləşdirir", - deyə, sədr müavini bildirib.
Müəllif: Elmir Muradov
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026