17:22 - 15.10.2026
15 oktyabr, Fineko/abc.az. Aktivlərinin böyümə tempinə görə zəif dinamika göstərən “Premium Bank” maliyyə nəticələrində mənfəətliliyini qoruyub saxlayıb.
Bank 2026-cı ilin doqquz ayını ötən ilin müvafiq dövrü ilə müqayisədə 42.8% çox, yəni 13 milyon manat xalis mənfəətlə başa vurub.
Qazancın yüksəlməsinə faiz gəlirlərinin 11.8% artaraq 30.7 milyon manata, qeyri-faiz gəlirlərinin isə 21.7% artaraq 14.3 milyon manata çatması təsir edib.
Həmçinin bankın digər gəlirləri kəskin sıçrayışla 31 min manatdan 1.9 milyon manata yüksəlib. Lakin mənfəət artımı ilə yanaşı, risk göstəricilərində də yüksəliş var; mümkün zərərlər üçün yaradılan ehtiyat xərcləri 59.4% artaraq 1.1 milyon manata çatıb.
Məcmu kapitalı ilin əvvəlindən cəmi 0.4% artımla 198.1 milyon manat olan bankın ümumi depozit portfeli 402.3 milyon manat təşkil edir. Kreditlərin depozitlərə nisbəti isə 121.4%-dən 123.4%-ə qalxıb.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
14 Oktyabr 2026