10:41 - 15.10.2026
15 oktyabr, Fineko/abc.az. "VTB Bank (Azərbaycan)" ASC 2026-cı ilin ilk 9 ayının maliyyə nəticələrini açıqlayıb.
Hesabat dövründə bankın əsas biznes göstəricilərində dinamik yüksəliş qeydə alınıb. Bankın cəmi aktivləri 2025-ci ilin sonu ilə müqayisədə 20,1% artaraq 367,8 milyon manata, ümumi kredit portfeli 24,8% genişlənərək 304 milyon manata, depozit portfeli isə 50,7% yüksələrək 153,4 milyon manata çatıb.
Xüsusilə fiziki şəxslərin depozitləri 68,2% artaraq 126,6 milyon manata yüksəlib, istehlak kreditləri isə 47,3% artaraq 163,9 milyon manat təşkil edib.
İlin ilk 9 ayını 7,68 milyon manat xalis mənfəətlə başa vuran bankın balans kapitalı 118,3 milyon manata çatıb. Müəssisənin məcmu kapital adekvatlığı əmsalı 31,52% təşkil edərək, prudensial normativ tələbi (10,5%) təxminən 3 dəfə üstələyib.
15 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
14 Oktyabr 2026