Dövlət istiqrazları üzrə dövriyyəsi 77% azalan investisiya şirkətinin vəziyyəti məlum olub

16:50 - 13.10.2026


13 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, “PAŞA Kapital”da bir sıra göstəricilər üzrə azalmalar qeydə alınıb.

Həmin göstəricilərdən biri də şirkətin dövlət istiqrazları üzrə əməliyyatlarında da ciddi azalmanın baş verməsidir.

Belə ki, 2025-ci ilin yanvar-sentyabr aylarında bu istiqamətdə dövriyyə 9 milyard 604,3 milyon manat təşkil etdiyi halda, 2026-cı ilin eyni dövründə 2 milyard 168,9 milyon manata düşüb.

Beləliklə, dövlət istiqrazları üzrə əməliyyatların həcmi 7 milyard 435,4 milyon manat və ya 77,4% azalıb.

Korporativ istiqrazlar üzrə dövriyyə də 1 milyard 343,4 milyon manatdan 763,3 milyon manata enib. Bu istiqamətdə azalma 580,1 milyon manat və ya 43,2% təşkil edib.