12:15 - 28.09.2026
28 sentyabr, Fineko/abc.az. Yaxın Şərqdə, xüsusilə Fars körfəzində münaqişənin kəskinləşməsi fonunda dünya bazarları yeni qlobal neft böhranı ilə üz-üzə qalıb.
"Bloomberg" analitiklərinin qiymətləndirməsinə görə, gərginliyin artması dünya bazarında neft, benzin və dizel yanacağının kəskin bahalaşmasına səbəb ola bilər, bəzi ölkələr isə yanacaq qıtlığı təhlükəsi ilə üzləşə bilər.
Məlumata görə, Birləşmiş Ştatlar noyabrda keçiriləcək aralıq seçkilərindən sonra İrana qarşı zərbələri bərpa etmək imkanlarını nəzərdən keçirir.
Yaranmış vəziyyətlə əlaqədar "Böyük Yeddilik" (G7) ölkələri təcili müzakirələr aparmağı planlaşdırır. Əsas məqsəd qlobal yanacaq tədarükündə ciddi fasilələrin və təchizat problemlərinin qarşısını almaqdır.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026