10:36 - 21.09.2026
21 Sentyabr, Fineko/abc.az. ABŞ Prezidenti Donald Trampın "CNN", "MS NOW" və "Politico" kimi aparıcı media qurumlarını "yalan xəbərlər" (fake news) yaymaqda ittiham edərək Ağ Evə girişini qadağan etməsindən sonra jurnalistlərin rezidensiyaya buraxılmamasına başlanılıb. Ağ Evin Gizli Xidmət əməkdaşları sözügedən media vasitələrinin müxbirlərinin buraxılış kartlarını (press pass) ləğv edərək binaya girişlərinə məhdudiyyət qoyublar.
Məhrumiyyətə məruz qalan media nəhəngləri bu addımı ABŞ Konstitusiyasının Mətbuat Azadlığı haqqında Birinci Düzəlişinin kobud şəkildə pozulması kimi dəyərləndiriblər. "CNN", "MS NOW" və "Politico" rəhbərliyi hüquqlarını məhkəmədə müdafiə edəcəklərini və hökumətin fəaliyyətini işıqlandırmaqda davam edəcəklərini bəyan ediblər. Ağ Ev Müxbirləri Assosiasiyası (WHCA) da qərarı pisləyərək jurnalistlərin akkreditasiyasının təcili bərpa olunmasını tələb edib.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026