SOCAR və Corc Vaşinqton Universiteti təhsil və elmi tədqiqat sahələrində əməkdaşlığı müzakirə ediblər

15:52 - 16.09.2026


16 sentyabr, Fineko/abc.az. SOCAR-ın prezidenti Rövşən Nəcəf Corc Vaşinqton Universitetinin prorektoru Sevinc Məmmədova ilə görüşüb.

Görüşdə Bakı Enerji Həftəsi çərçivəsində imzalanmış Niyyət Məktubunun icrası istiqamətində görülən işlər nəzərdən keçirilib və SOCAR-ın qlobal genişlənmə strategiyası, rəqəmsallaşma və süni intellekt həllərinin tətbiqi sahəsində əldə etdiyi nəticələr diqqətə çatdırılıb.

Söhbət zamanı SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) ilə Corc Vaşinqton Universiteti arasında yüksəkixtisaslı kadrların hazırlanması sahəsində qurulmuş tərəfdaşlığın vacibliyi vurğulanıb.