"AzərEnerji" və "TotalEnergies" yeni Qaz Emalı Zavodunun şəbəkəyə qoşulmasını müzakirə ediblər

14:39 - 16.09.2026


16 Sentyabr, Fineko/abc.az. "AzərEnerji" ASC-nin İdarə Heyətinin sədri Balababa Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə "TotalEnergies" şirkətinin idarəedici direktoru Emmanuel De Guillebonun rəhbərlik etdiyi heyət arasında görüş keçirilib.

Görüşdə tərəflər arasında mövcud əməkdaşlıq və gələcək perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı Azərbaycanda yeni inşa olunacaq Qaz Emalı Zavodunun elektrik şəbəkəsinə qoşulması, bununla bağlı texniki məsələlər və enerji təminatının təşkili xüsusi diqqət mərkəzində olub.

Tərəflər enerji layihələrinin səmərəli icrası istiqamətində danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıblar.