Pərakəndə ticarət dövriyyəsi 3,9% artaraq 44,3 milyard manata çatıb

12:34 - 9.09.2026


9 sentyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 44,3 milyard manatlıq mal satılıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin analoji dövrü ilə müqayisədə ticarət dövriyyəsi real ifadədə 3,9% artıb. Satışın 24,1 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları (1,4% artım), 20,2 milyard manatını isə qeyri-ərzaq malları (6,9% artım) təşkil edib.

Hesabat dövründə alıcıların xərclədiyi vəsaitin yarısından çoxu — 50,1%-i ərzaq məhsullarının, 4,3%-i içkilər və tütün məmulatlarının payına düşüb. Qeyri-ərzaq sektorunda isə ən böyük xərc payı toxuculuq məhsulları, geyim və ayaqqabı (12,7%), avtomobil yanacağı (6,1%), həmçinin elektrik malları və mebel (4,9%) alqısına sərf olunub.

Səkkiz ayın yekunlarına əsasən, ölkədə bir nəfər pərakəndə ticarət şəbəkəsində ayda orta hesabla 538,6 manatlıq xərc çəkib. Bunun 293,1 manatı ərzaq, içki və tütün məmulatlarının, 245,5 manatı isə qeyri-ərzaq mallarının payına düşüb.