10:25 - 29.04.2026
29 aprel, Fineko/abc.az. Neft ixrac edən ölkələr təşkilatı OPEK və OPEK+ strukturundan çıxmaq barədə qərar Birləşmiş Ərəb Əmirlikləri tərəfindən qəbul edilib.
ABC.AZ xəbər verir ki, bu barədə dövlət informasiya agentliyi WAM məlumat yayıb.
Qərarın 1 may 2026-cı ildən qüvvəyə minəcəyi bildirilir. Birləşmiş Ərəb Əmirlikləri 1967-ci ildən OPEK-in üzvü olub.
Qeyd edək ki, OPEK-ə BƏƏ ilə yanaşı Səudiyyə Ərəbistanı, İraq, Əlcəzair, Küveyt, Ekvatorial Qvineya, Qabon, İran, Nigeriya, Konqo Respublikası, Venesuela və Liviya daxildir.
OPEK+ formatına isə Rusiya, Qazaxıstan, Braziliya, Sudan, Cənubi Sudan, Azərbaycan, Bəhreyn, Bruney, Malayziya, Meksika və Oman daxildir.
Bu təşkilatların əsas məqsədi neft bazarında vəziyyətə nəzarət etməklə qiymətlərin sabitləşdirilməsidir.
8 Oktyabr 2026
8 Oktyabr 2026
8 Oktyabr 2026
8 Oktyabr 2026
8 Oktyabr 2026
8 Oktyabr 2026
8 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026