10:40 - 7.10.2026
7 oktyabr, Fineko/abc.az. Çinin 1,7 milyard dollar aktivə malik “Sichuan Sunsync Photovoltaic Technology” şirkəti Ələt Azad İqtisadi Zonasında (ƏAİZ) 23 hektarlıq ərazidə üç müasir günəş paneli istehsalı müəssisəsinin tikintisinə başlayıb.
Bu barədə ƏAİZ İdarə Heyətinin sədri Valeh Ələsgərov Bakıda keçirilən Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında məlumat verib.
Qeyd olunub ki, 2025-ci ilin sentyabrında imzalanmış investisiya sazişinə əsasən inşa edilən müəssisələrin gələn il mərhələli şəkildə istifadəyə verilməsi nəzərdə tutulur.
İllik istehsal gücü 3 giqavat təşkil edəcək bu zavodlarda günəş panelləri ilə yanaşı silisium kristalları və komponentləri də hazırlanacaq.
İstehsal olunacaq məhsulların bir hissəsi ƏAİZ-də inşa olunacaq Günəş Elektrik Stansiyasında istifadə edilsə də, əksər hissəsi qlobal bazarlara ixrac olunacaq və bu, Azərbaycanın bərpaolunan enerji sahəsində strateji mövqeyini daha da möhkəmləndirəcək.
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
5 Oktyabr 2026