14:50 - 7.10.2026
7 oktyabr, Fineko/abc.az. QatarEnergy dörd iri Çin bankından — Bank of China, Industrial and Commercial Bank of China, Agricultural Bank of China və China Construction Bank Asia — beşillik 3 milyard dollar kredit cəlb edib. Vəsait Qətərin dövlət enerji şirkətinin cari fəaliyyətinin maliyyələşdirilməsinə və dövriyyə kapitalının artırılmasına yönəldiləcək.
Kredit üzrə faiz dərəcəsi təminatlı overnight maliyyələşdirmə dərəcəsi üstəgəl 50 baza bəndi səviyyəsində müəyyən edilib.
Bu sövdələşmə Çin banklarının Fars körfəzi ölkələrinin şirkətlərinin maliyyələşdirilməsində fəal iştirakını göstərir. 2025-ci ildə belə kreditlərin həcmi beş dəfədən çox artaraq rekord həddə — 11,5 milyard dollara çatıb.
QatarEnergy dünyanın ən iri mayeləşdirilmiş təbii qaz (LNG) təchizatçılarından biri olaraq qalır. 2026-cı ildə şirkətin fəaliyyəti Yaxın Şərqdəki münaqişə, Hörmüz boğazından gəmiçilik məhdudiyyətləri və Ras-Laffandakı obyektlərə dəyən ziyan səbəbindən çətinləşib.
7 Oktyabr 2026
7 Oktyabr 2026
5 Oktyabr 2026
7 Oktyabr 2026