14:14 - 22.01.2025
22 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta şirkətlərində korporativ idarəetmə standartlarının tətbiqi ilə bağlı yeni qaydalar hazırlayıb.
ABC.AZ xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov məlumat verib.
"Biz 2024-cü ildə məlumatların açıqlanması, korporativ standartların tətbiqi ilə bağlı əsasən banklara yönəldik. Eyni zamanda, ötən il sığorta şirkətlərində korporativ idarəetmə standarlarının tətbiqi ilə bağlı tələblər irəli sürdük. Hazırda həmin standarların tətbiqi ilə bağlı yeni qaydalar son baxışdadır. Onlar sığorta şirkətlərindən hesabatlılıq tələb edəcək. Yəqin ki, 1-2 aya biz bu tələbi sığortaçılar qarşısında qoyacağıq", - deyə o qeyd edib.
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026