Başqırdıstan ilk dəfə Azərbaycana ərzaqlıq buğda tədarükünə başlayıb

17:24 - 11.12.2023


11 dekabr, Fineko/abc.az. Başqırdıstan ilk dəfə Azərbaycana ərzaqlıq buğda tədarükünə başlayıb.

ABC.Az-ın məlumatına görə, İnterfax “Rosselxoznadzor”a istinadən bildirir ki, 7 partiyanın ümumi çəkisi təxminən 500 ton təşkil edir.

Bütün məhsullar Azərbaycanın tələblərinə cavab verir.