10:18 - 12.07.2023
12 iyul, Fineko/abc.az. Mərkəzi Bank (AMB) 8 fiziki şəxsə verdiyi sığorta brokeri, 155 fiziki və 21 hüquqi şəxsə isə verdiyi sığorta agenti lisenziyalarının qüvvəsini 3 ay müddətinə dayandırıb.
ABC.AZ xəbər verir ki, bu barədə AMB-dən bildirilib.
Qeyd edilib ki, bu qərar iyulun 6-da “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Lisenziyaların qüvvəsi rüblük hesabatın vaxtında təqdim edilməməsinə görə dayandırılıb.
9 Oktyabr 2026
9 Oktyabr 2026
9 Oktyabr 2026
9 Oktyabr 2026