"Qoç Ət" MMC və "Kratos" MMC məhkəmə çəkişməsində

10:25 - 18.04.2023


18 aprel, Fineko/abc.az. Bakı Kommersiya Məhkəməsində "Qoç Ət" MMC-nin "Kratos" MMC-yə qarşı iddiası əsasında məhkəmə davam etdirilir.

ABC.AZ Pravda.az-a istinadən xəbər verir ki, hakim Kənan Hüseynovun sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası mayın 5-nə təyin edilib.

Qeyd: "Qoç Ət" MMC "Kratos" MMC-ni məhkəməyə verərək alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.