15:02 - 15.09.2026
15 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının nəzarət tədbirləri zamanı “Anex Lombard” MMC-də çirkli pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) tələblərinin pozulduğu aşkarlanıb.
Aşkarlanmış nöqsanlarla bağlı Şirvan Şəhər Məhkəməsinin qərarı ilə lombardın vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci (müşteri uyğunluğu tədbirləri və sənədlərin saxlanılması tələblərinin pozulması) və 598.1.2-ci (daxili nəzarət proqramının tətbiq edilməməsi və ya natamam tətbiqi) maddələrinə əsasən 2 min manat məbləğində cərimə olunub.
Məlumat üçün bildirək ki, hüquqi ünvanı Şirvan şəhərində yerləşən, 100 min manat nizamnamə kapitalına malik “Anex Lombard” MMC 2019-cu ilin sentyabr ayında təsis edilib və şirkətin direktoru Asəf İsgəndərovdur.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026