"Gazelli Group" məhkəməyə verildi

11:49 - 10.04.2023


10 aprel, Fineko/abc.az. "Büllur Elm İstehsalat" MMC "Gazelli Group" MMC-ni məhkəməyə verib.

ABC.AZ xəbər verir ki, iddia müqavilələrdən  əmələ gələn öhdəliklərdən yaranmış mübahisələr üzrə qaldırılıb.

İşə Bakı Kommersiya Məhkəməsində baxılır. İddia hakim Aytən Əliyeva tərəfindən araşdırılacaq.