13:08 - 11.12.2017
11 dekabr, Fineko/abc.az. Gələn həftə AÇG və Şah-Dəniz üzrə fəaliyyətin 2018-ci il üçün planının müzakirələri olacaq.
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (AIOC) və Şah-Dəniz konsorsiumunun rəhbər komitələrinin yığıncağı olacaq.
“Gələn həftə, "Azəri-Çıraq-Günəşli" yataqlar bloku və “Şah-Dəniz” yatağının işlənməsi layihəsi üzrə rəhbər komitələrin iclası baş tutacaq. İclasda həmin layihələrin 2018-ci ilə planları və büdcələri təyin ediləcək”, - bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons deyib.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026