İki şirkət 6.2 milyon manatlıq sifariş aldı - Təhsil müəssisələrini təmir edəcəklər

16:54 - 15.10.2026


15 oktyabr, Fineko/abc.az. Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bir sıra təhsil müəssisələrində təmir işlərinin satın alınması üzrə müqavilələr bağlayıb.

Təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin satın alınması üzrə “DMC Alyans Qrup” MMC ilə 2 237 695,70 manatlıq müqavilə nəzərdə tutulub.

Respublika üzrə bir sıra təhsil müəssisələrində təmir işlərinin satın alınması üzrə isə “AR Group İnşaat” MMC ilə 3 965 254,43 manatlıq müqavilə nəzərdə tutulub.

Beləliklə, hər iki satınalmanın ümumi dəyəri 6 202 950,13 manat təşkil edir.