Neft və Sənaye Universiteti İT avadanlıqlarına 3 milyon 354 min manat xərcləyəcək

10:18 - 9.10.2026


9 oktyabr, Fineko/abc.az. Elm və Təhsil Nazirliyinin tabeliyində Dövlət Neft və Sənaye Universiteti İT avadanlıqları alacaq.

Qurum bununla bağlı “Ultra Technologies” MMC ilə müqavilə bağlayıb.

Müqaviləyə görə, şirkətə 3 milyon 354 min 291 manat ödəniş ediləcək.

Qeyd edək ki, 2000-ci ildə qeydiyyata alınan “Ultra Technologies” MMC-nin nizamnamə kapitalı 1000 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi isə Zaur Məmmədzadə Arif oğludur.