Karton qutu istehsalçısı nizamnamə kapitalını 1 manata endirir

10:49 - 8.10.2026


8 oktyabr, Fineko/abc.az. “Prestij-Pak” MMC  nizamnamə kapitalını azaldır.

Karton qutuların və qablaşdırmaların istehsalı ilə məşğul olan “Prestij-Pak” MMC nizamnamə kapitalının azaldılması barədə elan yayıb.

Şirkətin nizamnamə kapitalı 31 min manatdan 1 min manata endirilir.

“Prestij-Pak” MMC-nin qanuni təmsilçisi Ceyhun Sadıxov Abbasqulu oğludur. Şirkət Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, 25A ünvanında qeydiyyatdadır.