Rumıniya tarixində ən iri qaz layihəsini işə salmağa hazırlaşır

15:55 - 7.10.2026


7 oktyabr, Fineko/abc.az. Rumıniyada yaxın vaxtlarda Qara dənizdə yerləşən Neptun Deep yatağının istismara verilməsi gözlənilir.

Bu barədə Yanacaq-Energetika Kompleksinin Mərkəzi Dispetçer İdarəsinin mətbuat xidməti məlumat yayıb. Xüsusilə qeyd olunur ki, bu, ölkə tarixində ən iri qaz layihəsidir.

Burada ilk qaz hasilatının 2027-ci ilin birinci yarısında başlanacağı, yatağın layihə gücünə isə III rübün sonuna qədər çatacağı gözlənilir. Layihə ildə təxminən 8 milyard kubmetr qaz hasilatına hesablanıb, çıxarıla bilən ehtiyatlar isə təxminən 100 milyard kubmetr qiymətləndirilir.

Rumıniya üçün bu, öz qaz hasilatının praktiki olaraq iki dəfə artması deməkdir: hazırda ölkə ildə təxminən 9–11 milyard kubmetr qaz hasil edir.