12:08 - 7.10.2026
7 oktyabr, Fineko/abc.az. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışı növbəti sosial proqramın çərçivəsini müəyyən edir.
Sonuncu dəfə 2025-ci ilin əvvəlində 400 manata çatdırılan minimum əməkhaqqının, həmçinin 2025-ci ildəki 5,6%-lik və 2026-cı ilin yanvar-avqust aylarındakı 5,7%-lik orta illik inflyasiya, eləcə də 2025-ci ildəki 9,3%-lik və 2026-cı ilin ilk 7 ayındakı 7,2%-lik orta aylıq əməkhaqqı artımı fonunda 2027-ci ildə ən azı 10% qaldırılacağı ehtimal olunur.
Minimum əməkhaqqının artması bu məbləğdə maaş alanların, Vahid Tarif Cədvəli (VTC) üzrə dövlət büdcəsindən maliyyələşən sosial, elm, mədəniyyət və digər sahə çalışanlarının məvaciblərinin, eləcə də fərdi sahibkarların sosial sığorta və icbari tibbi sığorta haqlarının yüksəlməsinə gətirib çıxaracaq.
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
5 Oktyabr 2026