14:13 - 6.10.2026
6 oktyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar–sentyabr aylarında Bakı Fond Birjasında (BFB) repo əməliyyatlarının həcmi korporativ qiymətli kağızlar üzrə kəskin geriləmə (91,7% azalaraq 989,87 mln. manat) səbəbindən 35% azalaraq 26,19 mlrd. manat təşkil edib.
Repo əməliyyatları ümumi dövriyyənin 78,1%-ni təşkil etdiyi halda, dövlət istiqrazları üzrə repo həcmi 14,4% azalaraq 23,90 mlrd. manata enib, Mərkəzi Bankın notları üzrə isə 137,8% artaraq 1,29 mlrd. manata yüksəlib.
Paralel olaraq, birjanın ümumi ticarət dövriyyəsi 34,2% azalaraq 33,53 mlrd. manata düşsə də, bağlanmış əqdlərin sayı 115% artaraq 48 570-ə çatıb.
Repo xarici bazarda dövlət qiymətli kağızları (78,3% azalma) və ipoteka istiqrazları (30,7% azalma) üzrə dövriyyə kiçildiyi halda, Mərkəzi Bankın notları (142,8% artım) və korporativ qiymətli kağızlar (138,8% artım) üzrə ciddi artım müşahidə olunub.
Yekunda, repo əməliyyatları çıxılmaqla, ilkin bazar 15,2% azalaraq 4,65 mlrd. manat, təkrar bazar isə 48,2% geriləyərək 2,69 mlrd. manat olub.
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026