15:37 - 1.10.2026
1 oktyabr, Fineko/abc.az. AQTA-nın yoxlaması zamanı Gəncədə fərdi evdə qanunsuz fəaliyyət göstərən toyuq emalı sexi aşkar edilib. Müəssisədə sanitariya və baytarlıq normaları pozulub, məhsullar ekspertizadan keçirilmədən və etiketlənmədən dönərxanalara satılıb, daşınma isə temperatur rejimi gözlənilmədən həyata keçirilib.
Ətlərdən nümunələr götürülərək laborator müayinələrə göndərilib, 840 kq donmuş və 22 kq donu açılmış toyuq əti isə saxlanca qoyulub. Obyektin fəaliyyəti dayandırılıb, inzibati protokol tərtib olunub.
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
30 Sentyabr 2026