15:02 - 23.09.2026
23 sentyabr, Fineko/abc.az Azərbaycanda yerli yataqlardan hasil olunan və xaricdən gətirilə biləcək mis xammalının ölkə daxilində daha dərin emalı üçün metaləritmə müəssisələrinin yaradılması imkanları qiymətləndiriləcək.
Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş “Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”na əsasən, 2027–2028-ci illərdə İqtisadiyyat Nazirliyi və “AzerGold” QSC layihənin texniki-iqtisadi səmərəliliyini, xammal təminatını və bazar tələbatını araşdıracaq.
Bu addım ölkədə misin yalnız konsentrat şəklində ixrac edilməsinin qarşısını almaq və hazır metal istehsalı üzrə dərin emal zənciri formalaşdırmaq məqsədi daşıyır.
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026