12:33 - 17.09.2026
17 sentyabr, Fineko/abc.az. Baş nazir Əli Əsədov Bakı şəhərinin inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında qərar imzalayıb.
Qərara əsasən, Xəzər rayonunun Zirə qəsəbəsində yerləşən 198,45 hektar torpaq sahəsi 100 MVt qoyuluş gücünə malik günəş elektrik stansiyasının və 30 MVt gücündə Batareya Enerji Saxlanc Sisteminin tikintisi üçün ayrılıb.
Energetika Nazirliyi istehsalçının seçilməsini müvafiq fərmana uyğun olaraq həyata keçirəcək.
Tikintiyə icazə Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən alınmalı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi isə proses barədə üç gün ərzində Nazirlər Kabinetinə məlumat təqdim etməlidir.
Qərarın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə tapşırılıb.
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026