11:15 - 15.09.2026
15 Sentyabr, Fineko/abc.az. Beynəlxalq "Fitch Ratings" reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) emitentin defoltunun uzunmüddətli reytinqini (EDR) və prioritet təminatsız borcunun reytinqini "BBB-" səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnozu isə "Sabit" saxlayıb. Agentlik borc yükünün yaxşılaşmasını nəzərə alaraq şirkətin müstəqil kredit profilini (SCP) "bb-"dən "bb" səviyyəsinə qaldırıb.
Agentliyin hesabatında vurğulanır ki, SOCAR-ın reytinqinin Azərbaycanın suveren reytinqinə ("BBB-"/Sabit) bərabər tutulması dövlət tərəfindən göstərilən güclü dəstək və şirkətin ölkənin enerji layihələrindəki strateji rolu ilə bağlıdır.
EBITDA və gəlirlilik: SOCAR-ın EBITDA göstəricisi Cənub Qaz Dəhlizi və STAR zavodunun konsolidasiyası sayəsində 2025-ci ildə 9.3 milyard manata (5.47 milyard dollar) yüksəlib. 2026-cı ildə bu rəqəmin 12 milyard manata (7.06 milyard dollar) çatacağı gözlənilir.
Hasilat və investisiyalar: Neft hasilatında yaşanan azalamanı kompensasiya etmək üçün 2026-cı ilin II rübündə qazma işləri 33% aktivləşdirilib. "Şahdəniz" yatağının 3 milyard dollar (5.1 milyard AZN) dəyərindəki yeni mərhələsi və "Abşeron" yatağının 2-ci işlənmə mərhələsi əsas artım drayverləri kimi göstərilir.
Aktivlərin genişlənməsi: İtaliyanın "Italiana Petroli S.p.A." (IP) şirkətinin öz vəsaitləri hesabına alınması daunstrim seqmentinin güclənməsi baxımından müsbət qiymətləndirilib. © Report
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026