09:40 - 14.09.2026
14 sentyabr, Fineko/abc.az. Keçən həftənin yekunlarına görə qeydə alınan xeyli artımdan sonra, bazar ertəsi ticarət əməliyyatlarında etalon markaların qiymətləri yüksəlməkdə davam edir.
ABC.AZ-ın verdiyi məlumata görə, saat 09:30-a olan vəziyyətə əsasən, ICE Futures Europe birjasında Brent neftinin noyabr fyuçersi $2,67 (2,55%) bahalaşaraq bir barel üçün $107,28 təşkil edib. Sentyabrın 11-də baş tutan ticarətin yekununda isə müqavilənin qiyməti $3,02 (2,81%) azalaraq $104,61 olmuşdu.
New York Mercantile Exchange (NYMEX) birjasında WTI neftinin oktyabr fyuçersi saat 09:30-a qədər $2,64 (2,64%) bahalaşaraq bir barel üçün $102,69 səviyyəsinə çatıb. Sentyabrın 11-də keçirilən ticarət sessiyasında bu müqavilənin qiyməti $2,43 (2,37%) ucuzlaşaraq $100,05-ə enmişdi.
Ümumilikdə, ötən həftənin nəticələrinə görə neftin etalon markalarının növləri təxminən 9% bahalaşıb.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026