14:45 - 25.08.2026
25 avqust, Fineko/abc.az. Laçın rayonunda yerləşən “Mişni” və “Alxaslı” kiçik su elektrik stansiyalarında (KSES) fəaliyyətə başladığı tarixdən cari ilin iyul ayınadək ümumilikdə 106,5 milyon kVt·st elektrik enerjisi istehsal edilib.
Energetika Nazirliyinin məlumatına əsasən, bu dövr ərzində “Mişni” KSES-də 64,3 milyon kVt·st, “Alxaslı” KSES-də isə 42,2 milyon kVt·st elektrik enerjisi generasiya olunub.
Xatırladaq ki, 2023-cü il avqustun 25-də Laçın rayonunda Həkəri çayının ən böyük qolu olan Hoçaz çayı üzərində 8,25 MVt gücündə “Mişni” və 6 MVt gücündə “Alxaslı” KSES-ləri istismara verilib.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026