07:00 - 17.08.2026
17 avqust, Fineko/abc.az. İran və Tacikistan neft məhsullarının ixracı və Tacikistan neft emalı zavodlarının xammalla təmin edilməsini nəzərdə tutan uzunmüddətli sazişin çərçivə sənədini razılaşdırıblar.
İranın neft naziri Möhsün Paknejad dövlət televiziyasına açıqlamasında bildirib ki, razılaşma çərçivəsində İranın artıq qalan neft məhsullarının Tacikistana tədarükü və bu ölkənin xam neftə olan tələbatının ödənilməsi planlaşdırılır. Saziş neft məhsullarının ticarətindən başlayaraq emal sektoruna kimi geniş spektri əhatə edəcək.
İki ölkə arasında texniki və loqistika məsələlərini qiymətləndirmək üçün birgə ekspert qrupu yaradılacaq və bu əməkdaşlıq ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026