16:39 - 12.08.2026
12 avqust, Fineko/abc.az. Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına əsasən, bu ilin iyul ayında OPEC+ alyansı üzrə neft hasilatı əvvəlki ayla müqayisədə 1 milyon 780 min barel artaraq gündəlik 40 milyon 750 min barelə çatıb.
Qara dənizdəki hücumların Qazaxıstanın neft hasilatı və ixracında yaratdığı çətinliklərə baxmayaraq, alians daxilində ümumi istehsal artımı qeydə alınıb. OPEC+ tərkibinə daxil olmayan ölkələrin tədarükü isə 590 min barel artaraq gündəlik 60 milyon 750 min barel təşkil edib. Bu artım ABŞ və İran arasında gərginliyin müvəqqəti səngiməsi fonunda Qətərin tədarükü bərpa etməsi ilə əlaqələndirilir.
Hesabatın əsas göstəriciləri:
Ölkələr üzrə hasilat: Səudiyyə Ərəbistanının gündəlik hasilatı 900 min barel artaraq 8 milyon 240 min barelə, Rusiyanın hasilatı isə 100 min barel artaraq 8 milyon 760 min barelə yüksəlib.
Geosiyasi risklər: İran və ABŞ arasında anlaşmanın pozulması, eləcə də Səudiyyə Ərəbistanının enerji infrastrukturu və tankerlərinə yönələn husi hücumları Körfəz ölkələrinin bərpa səylərini risq altına qoyur. Körfəz bölgəsində 8,3 milyon barellik istehsalın dayandırılması davam edir.
Tədarük proqnozu: Hörmüz boğazından ticarətin bərpası şərti ilə, 2026-cı ildə qlobal neft tədarükünün gündəlik 102 milyon barel olacağı gözlənilir (ötən illə müqayisədə 4,3 milyon barel az).
III rüb üzrə korrektə: İyul və avqust aylarının əvvəlində münaqişələrin yenidən kəskinləşməsi səbəbindən III rüb üçün qlobal tədarük proqnozu keçən ayla müqayisədə gündəlik 1,7 milyon barel aşağı salınıb.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026