Hörmüz boğazının qapanması: Fars körfəzi ölkələri 80 milyard dollardan çox itirib

17:20 - 4.08.2026


4 avqust, Fineko/abc.az. Hörmüz boğazında yaranan böhran və blokada səbəbindən Fars körfəzi ölkələri yalnız hasilat həcmlərini deyil, hətta milyardlarla dollar dəyərində potensial ixrac gəlirlərini itiriblər.

Böhrandan əvvəl region ölkələri günlük orta hesabla 25,2 milyon barel neft hasil edirdilər. Lakin nəqliyyat marşrutunun bloklanması nəticəsində hasilatda kəskin eniş qeydə alınıb:

  • Mart: sutkada -8,89 milyon barel;

  • Aprel: sutkada -10,52 milyon barel;

  • May: sutkada -11,25 milyon barel.

Ümumilikdə, ərəb ölkələri neft hasilatının orta hesabla 44,6%-ni itiriblər. Ən böyük itkiyə məruz qalan ölkələr sırasında Səudiyyə Ərəbistanı (-69%) və BƏƏ (-63%) ilk pillələrdə qərarlaşıb.

Son 4 ay ərzində Yaxın Şərq ölkələri bazara təxminən 1,19 milyard barel neft tədarük edə bilməyiblər ki, bu da cari qiymətlərlə 80 milyard dollardan çox itirilmiş ixrac gəliri deməkdir.

Qiymətlərin pik həddə 120 dolları keçməsinə baxmayaraq, OPEC+ kvotaları, Rusiyanın sanksiyalar və infrastruktur problemləri səbəbindən hasilatı artıra bilməməsi (iyun hasilatı yanvarla müqayisədə 3,5% aşağı olub) nəticəsində qlobal bazar strategiyası çərçivəsində ehtiyatlardan istifadə etməyə məcbur qalıb.