Maliyyə Nazirliyi yenidən fond bazarından vəsait cəlbinə başlayır

17:00 - 5.09.2025


5 sentyabr, Fineko/abc.az. 9 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 3 illik ortamüddətli istiqrazları (DOİ) üzrə hərrac keçiriləcək.

ABC.AZ BFB-yə istinadən xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2024-cü ilin sonundan bu tərəfə ilk belə hərracıdır. MaN sonuncu dəfə üç illik istiqrazlar üzrə hərrac keçirib və həmin hərracda gəlirlilik 10.65 faiz gəlirlilik olmuşdu.

Maliyyə Nazirliyi həmin müddətdən sonra bazarda, əksinə depozit təklif edən tərəf kimi çıxış edib. Xəzinədarlıq 5 sistem əhəmiyyətli banklara depozitlər yerləşdirib.

Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 10:00-dan 11:00-dək təşkil olunacaqdır.