14:17 - 17.05.2024
17 may, Fineko/abc.az. Hazırda Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) səyləri birliktə qlobal istixana qazlarının emissiyasının 9 %-dən çoxunu təşkil edən və əhəmiyyətli uyğunlaşma problemləri ilə üzləşən 5 əsas sistem üzərində cəmləşib.
ABC.AZ "Report"a istinadla xəbər verir ki, bunu IFC-nin Azərbaycandakı nümayəndəsi Aliyə Əzimova "Ambisiyanın artırılması, fəaliyyətin verilməsi: COP29 Davamlı Biznes Forumu"nda deyib.
Onun sözlərinə görə, bura enerji, kənd təsərrüfatı, nəqliyyat, istehsal sahələri və şəhər təsərrüfatı daxildir: "IFC dayanıqlı inkişafa kompleks yanaşmanı təmin etmək üçün, maliyyələşdirməni həmçinin iqlimə yönümlü maliyyə sistemlərinin yaradılması və yaşıllaşdırma ilə bağlı layihələrə yönəldir".
O qeyd edib ki, 2023-cü ildə qlobal miqyasda IFC iqlim dəyişmələri ilə bağlı mübarizə üzrə layihələrə 14,4 milyard ABŞ dolları ayırıb ki, bu da əvvəlki illə müqayisədə 2 dəfə çoxdur.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
13 Oktyabr 2026