10:19 - 15.05.2024
15 may, Fineko/abc.az. Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "PASHA Yatırım Bankası A.Ş."nin ümumi dəyəri 25 milyon dollar olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.
ABC.AZ BFB-yə istinadla xəbər verir ki, 15-29 may 2024-cü il tarixləri aralığında "PASHA Yatırım Bankası A.Ş"nin istiqrazları üzrə abunə yazılışı baş tutacaqdır. İstiqrazlar üzrə yerləşdirmə isə 30 may 2024-cü il tarixində baş tutacaqdır.
Faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 25 min ədəd, hər birinin nominal dəyəri 1000 ABŞ dolları, illik faiz dərəcəsi 6,19%, tədavül müddəti 18 ay, kupon faizlərinin ödəniş müddəti hər 3 aydan birdir.
Yerləşdirmə üzrə əsas anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, digər anderrayterlər isə “ABB-İnvest İnvestisiya Şirkəti” QSC və “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
14 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026